“Nar” mobil operatorunun (“Azerfon” MMC) Marketinq ünsiyyət vasitələri departamentinə yeni rəhbər təyin edilib.
İndex.az xəbər verir ki, bu vəzifə Kamal Əliyevə həvalə olunub.
K. Əliyev bundan öncə “Bakı Halqası Əməliyyat Şirkəti”ndə Brend və reklam meneceri kimi çalışıb, daha öncə isə “Nar” və “British-American Tabacco”da fəaliyyət göstərib.