
“Twitter”in qurucusu Cek Dorsi sosial şəbəkənin bitkoini dəstəkləyəcəyini açıqlayıb.
İndex.az “RBK”ya istinadən xəbər verir ki, bu barədə “TechCrunch” yazıb. Onun sözlərinə görə, dünyanın ən populyar kriptovalyutası şirkətin mövcud məhsul və xidmətlərinə, o cümlədən pullu abunə, kommersiya və müəllifləri dəstəkləmək imkanına inteqrasiya ediləcək.
“Buna ehtiyac var. Düşünürəm ki, internet üçün doğma olan bu standart doğru yoldur. Buna görə diqqətimiz bitkoin üzərində olacaq”, – deyə “Twitter”in qurucusu söyləyib.
Dorsi həm də ödəmə sistemlərini inkişaf etdirən “Square” şirkətinin baş direktorudur. May ayının əvvəlində “Square” 2021-ci ilin birinci rübündə bitkoin yatırımından əldə olunan gəlirin 3.5 milyard dollar təşkil etdiyini açıqlayıb.
Son dəfə xidmət 2021-ci ilin fevralında bitkoinə sərmayə qoyub Onda “Square” 51 min dollara qiymətinə 170 milyon dollarlıq bitkoin alıb. Hal-hazırda kriptovalyuta “Square” ehtiyatlarının 5%-ni təşkil edir.