
Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2021-ci ilin 6 ayı ərzində 60 layihənin maliyyələşdirilməsinə 1 milyon 542 min manat həcmində dövlət maliyyə dəstəyi ayrılıb.
İndex.az xəbər verir ki, bu barədə Naxçıvanın iqtisadiyyat naziri Tapdıq Əliyev məlumat verib.
Həmçinin nazir bildirib ki, 2021-ci ilin ilk yarım ili ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən kənd təsərrüfatının inkişafı yönümlü 56 layihənin maliyyələşdirilməsinə 1 milyon 404 min 850 manat məbləğində dövlət maliyyə dəstəyi göstərilib.