Ekspert: "Təkrar qapanma Türkiyənin turizmini çökdürə bilər"

Türkiyənin xarici turistlərin üzünə bağlanması turizmi və onunla birgə işləyən iqtisadiyyatın 54 əlaqəli sektorunu müflisləşdirə bilər.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Turizm Otellər Menecerləri Assosiyasiyasının (TUROYD) prezidenti Ali Can Aksu bildirib.

Onun sözlərinə görə, iyulun əvvəlinə turizm sektorunda normallaşma prosesi başlasa da çox da uzun müddət davam etməyəcək. “Avropada qapanma ssenarisi artıq reallaşdırılır. Rusiyada ciddi həyəcan siqnalı çalınır. Beləliklə normallaşma prosesi dayanacaq”.

O hesab edir ki, xəstələrin sayının yenidən artdığı sahilyani ərazidəki vəziyyət noyabr ayına kimi bütün Türkiyənin turizminə, o cümlədən şəhər turizminə mənfi təsir göstərməyə davam edəcək.

“Məhz bu zaman kəsiyində, yəni avqustdan oktyabrın sonuna kimi Türkiyənin sərhədlərini yenidən bağlanacağı istisna edilmir. Bu da öz növbəsində turizmin müflisləşməsinə gətirəcək. Çünki 2020 və 2021-ci illərin lokdaunlarından sonra bu sektorun maliyyə ehtiyyatları tükənib”.

Report