“Azərenerji” ixracdan gəlirini kəskin artırıb

“Azərenerji” ASC bu ilin yanvar-fevral aylarında elektrik enerjisi ixracından gəliri 227.2 milyon ABŞ dolları dəyərində olub.

İndex.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 211.3 milyon ABŞ dolları çoxdur.

Qeyd edək ki, ötən ilin eyni dövründə Azərenerji 15.9 milyon dollarlıq elektrik enerjisi ixrac edib.