Dövlət Agentliyi 35 min manata qulaqcıqlar alır – TENDER

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi çağrı mərkəzi üçün qulaqcıqlar alır.

İndex.az xəbər verir ki, artıq Dövlət Agentliyinin bununla bağlı elan etdiyi tenderə yekun vurulub. Tenderin qalibi “STRİX” MMC-dir.

Belə ki, çağrı mərkəzi üçün 150 ədəd qulaqcığın satın alınması üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu şirkətə 35 400 manat vəsait ödəyəcək.

Bununla da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tender yolu ilə əldə etdiyi 1 ədəd qulaqcığın qiyməti 236 manat təşkil edəcək.