
Auditor
Son tarix 21 yan 2022
Ümumi vəzifə öhdəlikləri:
Filiallarda baş vermiş əməliyyatları yoxlamaq;
Əməliyyat sahəsində daxili nəzarət sistemlərinin mövcud olması, effektivliyi və adekvatlığını yoxlamaq və qiymətləndirmək;
Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
Yoxlama obyektinə dair ehtimal olunan riskləri müəyyənləşdirmək;
Təyin edilmiş vaxt çərçivəsində audit yoxlaması aparılan departament və ya əməliyyat sahəsinin risk təhlilini həyata keçirmək;
Əməliyyat sahəsində audit testlərini həyata keçirmək;
Əməliyyat proseslərinin müvafiq qanunvericilik, prosedur və qaydalara uyğun olmasını təyin etmək;
Audit fəaliyyətinə aid qanunvericilik və beynəlxalq praktikada qəbul olunmuş digər vəzifələri həyata keçirmək.
Namizədə qarşı tələblər:
Ali iqtisadi və ya hüquqi təhsil;
Bankda əməliyyat sahəsi üzrə minimum bir illik iş təcrübəsi;
Analitik düşünmə qabiliyyəti;
Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzuolunandır;
Excel proqramında işləmə bacarığı;
Ünsiyyət qurma bacarığı;
Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
Bankın filiallarına zərurət zamanı ezamiyyələrə gedə bilmək imkanı və istəyinin olması;
Sürücülük vəsiqəsinin olması arzuolunandır.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Auditor” şəklində qeyd etməklə 21 yanvar 2022-ci il tarixinədək elektron ünvanına [email protected] göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.