Dövlət xəttilə 42 milyon manat ipoteka krediti verilib

Bu ilin yanvar-fevral aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 42,4 milyon manat kredit verilib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən illin eyni dövrü ilə müqayisədə 24,2% azdır.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 75,3% artaraq 70,1 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 100% azalıb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 8% azalaraq 21,9 milyon manata düşüb.