
Martın 29-da “Sotheby’s” hərrac evi indiyə qədər hərraca çıxarılan karat-qiymət nisbətində ən bənövşəyi-çəhrayı brilyantın bahalı təqdim edib.
Bu barədə İndex.az xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, “Eternal Pink” (Əbədi çəhrayı) kimi tanınan brilyant 2023-cü ilin iyun ayında Honq-Konqda satışa çıxarılacaq. Onun təxmini dəyəri 35 milyon dollardan çoxdur.
Qeyd edək ki, brilyant Botsvanadakı Damtşaa mədənində aşkar edilib. Bu qiymətli daş-qaşın çəkisi 10,57 karatdır (2,114 qram). O, daha əvvəl “The Williamson Pink Star” brilyantının müəyyən etdiyi karat başına qiymət rekordunu qırıb. 2022-ci ildə bu zinət əşyasını 5 milyon dollardan çox qiymətə satılıb.