Çin dollara növbəti zərbəni endirib

Braziliya ilə bütün ikitərəfli ticarəti dollar əvəzinə yerli valyutada aparmağa razılıq verən Çin dollara növbəti zərbəni endirib.

İndex.az xəbər verir ki, dövlətə məxsus neft şirkəti CNOOC və Fransanın “TotalEnergies” yuanla ilk LNG ticarətini başa çatdırıblar.

Şanxay Neft və Təbii Qaz Birjasından verilən açıqlamada Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) idxal edilən təxminən 65 min ton LNG-nin “TotalEnergies”ə satıldığı bildirilib. “TotalEnergies” “Reuters”ə təsdiqləyib ki, əməliyyata BƏƏ-dən idxal edilən LNG daxildir.

Global Times qəzeti isə yuanla beynəlxalq LNG ticarətini Çinin bazar yönümlü neft və qaz islahatında mühüm hadisə” kimi xarakterizə edib.