Çərşənbə axşamı birja ticarəti zamanı Avropada qazın qiyməti yenidən min kubmetr üçün 1000 dollardan aşağı düşüb.
Marja London birjasının (ICE) məlumatlarına istinadən xəbər verir ki, fevral fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 984 dollara enib (MVt/saat üçün 83,9 avro).
Ticarət başlayandan bəri qazın qiymətinin ümumi azalması təxminən 1% təşkil edir.
21 dekabr 2021-ci ildə Avropada qazın birja qiyməti tarixdə ilk dəfə olaraq min kubmetr üçün 2000 dollar həddini keçmişdi. Buna səbəb soyuq hava, Avropada yeraltı anbarlarda aşağı ehtiyatlar, Qazpromun əlavə qaz ixrac etməməsi və LNG daşıyan tankerlərin Asiyaya üz tutmaları idi.
Lakin sonrakı günlərdə regionda havanın tempraturunun yüksəlməsi, Avropada külək enerjisinin bərpası və ABŞ-dan Avropaya LNG daşıyan tankerlərin sayının artması qiymətin düşməsinə səbəb oldu.