Fazil Mustafa GÜLLƏLƏNDİ

Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.

İndex.az xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb.

Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir. Polis hadisə yerindədir.

Fazil Mustafanın yaxınlarından biri bildirib ki, deputat evə gələn zaman öz maşınıni evinin qarşısında saxlayıb düşərkən avtomat silahdan önun üzərinə atəş yağdırılıb.

Millət vəkilini öldürmək istəsələr də, xoş təsadüfdən güllələrdən ikisi həyatı təhlükə təşkil etməyən orqanlarına dəyib.

Mənbə – Musavat.com