“Alibaba”dan tarixin ən kritik restrukturizasiya qərarı

Çinin elektron ticarət şirkəti “Alibaba” 24 illik tarixində ən böyük restrukturizasiyaya gedir.

İndex.az xəbər verir ki, “Alibaba” 220 milyard dollarlıq imperiyasını yeni restrukturizasiya ilə altı əsas vahidə bölməyi planlaşdırdığını açıqlayıb.

Bölünəcək şirkətlərin hər birinin idarə heyətinin olacağını açıqlayan “Alibaba”, bu şirkətlərin kütləvi təkliflərini də qiymətləndirəcəklərini bildirdi.

“Alibaba” yaydığı məlumata görə, yeni yaradılacaq altı bölməyə “Cloud Intelligence Group”, “Taobao Tmall Trading Group”, “Local Services Group”, “Cainiao Smart Logistics Group”, “Global Digital Commerce Group” və “Digital Media and Entertainment Group” daxildir.

Digər tərəfdən, altı şirkətin hər birinin öz baş direktoru və direktorlar şurasının olacağı qeyd edilib.

Bu xəbərdən sonra şirkətin səhmləri Nyu-Yorkda bazar öncəsi ticarətdə 8% bahalaşıb.

Bu strukturlaşmanın böyük Çin texnologiya şirkətləri üçün nadir olduğunu bildirən analitiklər, sözügedən strategiyanın digər Çin şirkətlərinə də nümunə olacağını düşünürlər.