“Togg”un sifarişləri 200 minə çatıb

Türkiyənin yerli və milli elektromobil brendi olan “Togg” üçün öncədən sifarişlərin sayı 200 minə çatıb.

İndex.az xəbər verir ki, bu barədə Türkiyənin Avtomobil Təşəbbüs Qrupu məlumat yayıb.

Məlumatda deyilir ki, nəqliyyat vasitələrinin sahibləri martın 29-unda tirajla rəsmi olaraq müəyyən ediləcək.

Qeyd edək ki, 177 min 467 vətəndaş “Togg”a sahib olmaq üçün ilkin ödənişi edib. Şirkət bu müddətdə 10 milyard 648 milyon 20 min TL toplayıb.