“Siemens Energy” İtaliyadan 1 milyard avroluq sifariş alıb

“Siemens Energy” İtaliyadan elektrik şəbəkəsi üçün 1 milyard avroluq sifariş aldığını açıqlayıb.

İndex.az xəbər verir ki, Almaniyada yerləşən “Siemens Energy”, Sardiniya və Siciliya adalarını İtaliyaya birləşdirən 970 kilometrlik elektrik xəttinin ötürücü texnologiyasını təmin etmək üçün 1 milyard avroluq sifariş aldığını bildirib.

Şirkətdən verilən açıqlamada, “Siemens Energy”nin İtaliyanın FATA şirkəti ilə qurduğu konsorsiumun, İtalyanı Siciliyaya və oradan da Sardiniyaya sualtı kabellərlə birləşdirəcək elektrik xətti üçün dörd konvertor mərkəzini təmin edəcəyi bildirilib.

Layihədə həmçinin bərpa olunan enerjidən daha səmərəli istifadə etmək, elektrik şəbəkələrinin dayanıqlığını artırmaq və karbon emissiyalarını azaltmaq üçün adada kömürlə işləyən elektrik stansiyalarının bağlanmasını nəzərdə tutur.

Alman şirkəti “Siemens” konvertor mərkəzlərinin əsas hissələrini istehsal edəcək.

FATA isə, tikinti işləri, elektromexaniki quraşdırma, əlavə qurğuların tikintisi və istismara vermədən əvvəl dəstək üçün cavabdeh olacaq.

Konvertor mərkəzlərinin 2028-ci ilin sonunadək tamamlanması planlaşdırılır.