Messi üçün yalnız bir klub rəsmi təklif verib

2022-ci ildə Qətərdə Argentina yığması ilə Dünya Kubokunu qazanan Messi xüsusilə Çempionlar Liqasında “Bayern Münhen”ə məğlub olduqdan sonra tənqid hədəfinə çevrildi.

İndex.az xəbər verir ki, Argentinalı superulduzun Fransa komandasına bağlılığı şübhə altına düşüb və PSJ-nin keçmiş ulduzları açıq şəkildə Messi ilə müqavilənin müddətinin uzadılmaması lazım olduğunu bəyan ediblər.

Lakin hər şeyə rəğmən, Fransa hakimiyyəti argentinalı superulduzun komandada qalması üçün əlindən gələni edəcək.

Və vurğulanır ki, Messiyə yeganə rəsmi təklif onun hazırda oynadığı PSJ komandasından gəlib.

Argentinalı ulduzla MLS və Səudiyyə Ərəbistanı klublarının da maraqlandığı bildirilsə də, hələlik heç bir rəsmi əlaqə saxlamayıblar.