Bank böhranının zəifləməsi qızılı ucuzlaşdırır

Ötən gün ucuzlaşan qızıl qiymətləri bugün də ucuzlaşmaqda davam edib.

İndex.az xəbər verir ki, bank böhranı ilə bağlı narahatlıqların azalması və cümə günü ABŞ-da açıqlanacaq kritik məlumatların sərtləşdirməyə təkan verəcəyinə dair təxminlər qızılın qiymətinin azalmasına səbəb olub.

Hazırda qızılın unsiyası 1952 dollara kimi ucuzlaşıb.

Bununla belə, qiymətli metal mart ayının əvvəlindən bu yana 7%-lik bahalaşmanı davam etdirir.

Qeyd edək ki, SVB-nin iflası və İsveçrənin “Credit Suisse” bankının iflas astanasından qayıtması ilə təhlükəsiz aktivlərə tələbat artmış, qızıl 2022-ci ilin martından bu yana ən yüksək səviyyəyə çataraq 2000 dolları keçmişdi.

ABŞ rəsmiləri əmanətçiləri qoruyacaqlarını elan etdikdən və İsveçrə hökuməti vasitəsilə UBS “Credit Suisse”ni satın aldıqdan sonra qarışıqlıqla bağlı narahatlıqlar azalmağa başladı. Beləliklə, investorların təhlükəsiz aktivlərə tələbatı azalaraq qiymətli metalın ucuzlaşmasına səbəb olub.