Qrinvuddan Ronaldoya: “Onun karyerası öldü”

Meyson Qrinvud “Mançester Yunayted”də sürətlə yüksəliş yaşayaraq A komandasında yerini aldı.

İndex.az xəbər verir ki, Meyson Qrinvud “Mançester Yunayted”in ulduz futbolçularını sərt şəkildə tənqid edib.

Tarixin ən yaxşı futbolçularından biri olan Kristiano Ronaldo da bu tənqidlərdən öz payını alıb.

Belə ki, Qrinvud portuqaliyalı superulduzun karyerasını artıq “ölü” adlandırıb və onun erasının bitdiyini qeyd edib.