Bakıdan bu şəhərə birbaşa uçuşlara başlanılır

Rusiyanın “IrAero” aviaşirkəti Novosibirsk–Bakı-Novosibirsk marşrutu üzrə birbaşa uçuşlara başlayır.

İndex.az Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni reyslər üzrə uçuşlar həftədə iki dəfə həyata keçiriləcək.

“İrAero”nun təyyarələri Novosibirskdən Bakıya hələlik cümə və bazar günləri uçacaq. Bakıdan Novosibirsk şəhərinə isə uçuşlar çərşənbə və şənbə günləri həyata keçiriləcək.

Novosibirsk-Bakı marşrutu üzrə ilk uçuş martın 31-də baş tutacaq. Hava gəmisi yerli vaxtla saat 14:00-da havaya qalxacaq. Bakıya eniş isə saat 15:40-da planlaşdırılır. Uçuş 4 saat 40 dəqiqə çəkəcək.

Geriyə reys saat 23:10-da nəzərdə tutulur, Novosibirsk şəhərinə təyyarə 3 saat 50 dəqiqədən sonra, saat 06:00-da enəcək.