Asiya səhmləri yüksəlir

Asiya-Sakit Okean bazarları yüksəlişə keçib.

İndex.az xəbər verir ki, Avstraliyada “S&P/ASX 200” 1,1%, Yaponiyada “Nikkei 225” və “Topix” 0,28% bahalaşıb.

Cənubi Koreyanın “Kospi” indeksi 0,45% yüksəlib.

Honkonqun “Hang Seng” indeksi 0,4%, “Hang Seng Tech” indeksi isə 0,35% artıb.

Çində əksinə olaraq “Şanxay Kompozit” indeksi cüzi, “Şenzen Komponent” indeksi isə 0,33% azalıb.

ABŞ “Federal Əmanətlərin Sığortalanması Korporasiyası”nın məlumatına görə, ABŞ-da “Wall Street”də səhmlər bir gecədə bahalaşıb.

Belə ki, “First Citizens BancShares” 2Silicon Valley Bank”ın böyük hissələrini almağa razılaşdıqdan sonra investorlar qarışıqlıqdan yayınmağa çalışdıqları üçün bank səhmləri yüksəldi.

“Dow Jones Industrial Average” təxminən 0,6%, “S&P 500” isə 0,2% yüksəlib.

Bununla belə, “Nasdaq Composite” 0,5% azalıb.