CFTC “Binance”ı məhkəməyə verir

ABŞ-da “Əmtəə Fyuçers Ticarət Komissiyası” (CFTC) qaydaları pozduğu üçün dünyanın ən böyük kriptovalyutası olan “Binance”ı məhkəməyə verib.

İndex.az xəbər verir ki, CFTC-dən verilən açıqlamaya görə, Çikaqo federal məhkəməsində açılan iddiada “Binance” və onun təsisçisi Zhao tənzimləmə pozuntularında ittiham olunub.

“Binance”ın CTFC-də düzgün qeydiyyatdan keçməyərək müəyyən öhdəliklərdən yayındığı və federal qanunlara məhəl qoymadığı iddia edilir.

İddiham olunan barəsində ərimə ilə yanaşı, pozuntuların davam etdirilməsinə qarşı müvəqqəti həbs qətimkan tədbiri seçilib.

Açıqlamada, CFTC sədri Rostin Behnam, “Binance”ın CFTC qaydalarını pozduğunu illərdir bildiyini iddia edərək, Komissiyanın dəyişkən və riskli rəqəmsal aktiv bazarında sui-istifadələri tapmaq və dayandırmaq üçün bütün səlahiyyətlərindən istifadə etməyə davam edəcəyini vurğulayıb.

2021-ci ildən bəri CFTC “Binance”ı ABŞ sakinlərinə kripto törəmələri almağa və satmağa mane olub-olmadığını araşdırır.

ABŞ-da bir çox tənzimləyici qurum “Binance”ın fəaliyyətini yaxından izləyir və araşdırmalar açır.

ABŞ Vergi İdarəsi “Binance”da çirkli pulların yuyulması fəaliyyətini, ABŞ “Qiymətli Kağızlar və Birja Komissiyası” (SEC) isə platformanın qeyri-rəsmi əməliyyatları dəstəkləyib-dəstəkləmədiyini araşdırır.