Mixail Bar: “SVB-nin iflasının səbəbi səhv idarəçilikdir”

FED “Bankçılıq, Mənzil və Şəhər İşləri Komitəsi”nin iclasında son bank uğursuzluqları və federal tənzimləyicilərin müdaxiləsi ilə bağlı Mixail Barın etdiyi çıxışın mətnini paylaşıb.

İndex.az xəbər verir ki, FED-in Maliyyə Təşkilatları üzrə sədr müavini Mixail Bar çıxışında bildirib ki, “Silikon Vadisi Bankı”nın (SVB) iflası “səhv idarəçilik hadisəsi”dir və bununla yanaşı bank rəhbərliyi uçot dərəcəsi ilə likvidlik riskini effektiv şəkildə idarə edə bilməyib.

ABŞ-ın bank sisteminin güclü kapitalı və likvidliyi ilə dayanıqlı olduğunu vurğulayan Bar, bank sistemindəki şərtləri yaxından izləməyə davam edəcəklərini, lazım gəldikdə sistemi təhlükəsiz və sağlam saxlamaq naminə hər ölçüdə qurumlar üçün bütün vasitələrdən istifadə etməyə hazır olduqlarını bildirib:

“SVB rəhbərliyin uçot dərəcəsi və likvidlik riskini effektiv idarə edə bilməməsi səbəbindən müflis oldu və daha sonra bank 24 saatdan az müddətdə sığortalanmamış əmanətçilərin dağıdıcı və gözlənilməz qaçışına məruz qaldı”.