“Disney” 7 min işçini ixtisar edir

Noyabr ayında “Disney”ə qayıdan CEO Bob İgerin ilk işi işçi qüvvəsini ixtisar etmək olub.

İndex.az xəbər verir ki, “Disney” xərcləri azaltmaq üçün yayın əvvəlinə qədər 7000 işçisini işdən çıxaracaq.

İxtisarlar 3 mərhələli şəkildə həyata keçiriləcək və ilk mərhələ bu həftədən başlayacaq.

“Disney”in CEO-su Bob İger ixtisarlarda ikinci mərhələnin aprel ayında, üçüncü mərhələnin isə yayın əvvəlində olacağını açıqladı:

“Çətin vaxtlarda biz həmişə lazım olanı etməliyik ki, “Disney” istifadəçilərinə möhtəşəm əyləncə təqdim etməyə gələcəkdə də davam edə bilsin”.

Şirkətin təxminən 220.000 işçisi var və onlardan 166.000-i ABŞ-da işləyir. İşdən çıxarılmalar, şirkətin direktorlar şurasının Bob Çapeki vəzifəsindən kənarlaşdırmasından sonra, noyabr ayında Bob İgerin “Disney”ə ikinci qayıdışı ilə başladı.