Sumqayıt Texnologiyalar Parkı işçi axtarır – VAKANSİYA

Sumgait Technologies Park

SƏTƏM bölməsinin Tibb məntəqəsinə Tibb bacısı / qardaşı

Son tarix 27 apr 2023 – [email protected]

Bizim üçün uyğun namizəd:

  • Tibb bacısı / qardaşı ixtisası üzrə orta tibb təhsili;
  • Analoji sahədə ən azı 2 il təcrübə;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi sahə üzrə təkmilləşdirmə kurslarında iştirak etmiş olmalı;
  • Müəyyən olunmuş qaydada sertifikasiyadan keçmiş olmalı;
  • Tibb təşkilatının işinin müalicə-qoruyucu, sanitar-gigiyenik, sanitariya-epidemioloji rejiminə nəzarət etməli;
  • Stresə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalı;
  • Qətiyyətlilik, məsuliyyət, insanlarla rahat münasibət qurma bacarığı olmalı;
  • Komandada işləmək və təşkilatçılıq bacarığı olmalı.

Hansı işləri görəcəksiniz:

  • Xəstələrə həkimə qədər tibbi yardım göstərmək;
  • Sanitariya maarifləndirmə işini aparmaq;
  • Bədbəxt hadisələr zamanı ilk təxirəsalınmaz tibbi yardım göstərmək;
  • Tibb alətlərini, sarğı materiallarını və xəstələrə tibbi qulluq əşyalarını sterilizasiyanı təşkil etmək;
  • Tibb məntəqəsi üçün vacib dərmanları sifariş verir, dərmanların məqsədli işlədilməsini və uçotunun aparılmasını təşkil etmək;
  • Tibb məntəqəsinə, müraciətlərin, xəsarətalma, dövrü tibbi müayinələrin aparılmasının aylıq hesabatının aparılmasını təşkil etmək;
  • İş yerlərində sanitar -gigiyenik normaların qorunması və yoxlanılmasını aparmaq;
  • Əməkdaşların tibbi maarifləndirilməsini mövsümü xəstəliklərlə bağlı təqdimatları həyata keçirmək;
  • Struktur vahidi rəhbərinin və birbaşa rəhbərinin digər tapşırıqlarını yerinə yetirmək.

Nə əldə edəcəksiniz?

  • Ölkənin ən böyük sənaye müəssisəsində işləmək imkanı;
  • Təlim və inkişaf məsələlərində şirkətin tam dəstəyi.

Əlavə məlumatlar:

  • Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
  • Şirkət tərəfindən nahar və nəqliyyatla (servis) təmin edilmə;
  • Tibbi sığorta mövcuddur;
  • İş vaxtı:2 növbəli, 08:00 – 20:00; 20:00-08:00 rejimində iş
  • İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Tibb bacısı / qardaşı” yazaraq 25.04.2023-ci il tarixinədək göndərilməsi xahiş olunur.