Aİ Rusiyadan qazandığı pulu Ukraynada xərcləyəcək

Avropa İttifaqı (Aİ) Rusiya aktivlərinə, o cümlədən müharibə səbəbindən dondurulmuş mərkəzi bank ehtiyatlarına investisiya etməyi düşünür.

İndex.az xəbər verir ki, “Politico”nun yaydığı məlumata görə, Aİ Rusiyanın təxminən 200 milyard dollarlıq dondurulmuş aktivlərinin idarə edilməsini və əldə edilən gəlirlərin Ukraynanın bərpasına sərf olunmasını özündə əks etdirən plan hazırlayıb.

Komissiya Rusiya Mərkəzi Bankına məxsus aktivlərin əməliyyatından təxminən 2,6% gəlir əldə etməyi nəzərdə tutur.

Məlumatda bildirilir ki, Aİ Rusiya aktivlərinə, o cümlədən müharibə səbəbindən dondurulmuş mərkəzi bank ehtiyatlarına investisiya etməyi düşünür.

Bu resursla Aİ Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək üçün hüquqi variantları araşdırır.

Qeyd edək ki, seçimlərə Rusiya aktivləri ilə investisiya etmək və əldə edilən gəlirdən Ukraynada istifadə etmək daxildir.