Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsi artıb

2023-cü ilin yanvar-fevral ayları ərzində Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi illik müqayisədə 8,4% artaraq 246,4 milyon dollar təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.

Bu göstərici ilə Azərbaycan cari ilin ilk iki ayı ərzində xarici ticarət dövriyyəsinin həcminə görə Gürcüstanın 4-cü əsas ticarət tərəfdaşı olub. İlk üç pillədə isə Rusiya (467 milyon dollar), Türkiyə (387 milyon dollar) və Çin (134 milyon dollar) qərarlaşıb.

Hesabatda qeyd edilib ki, yanvar-fevral ayları ərzində Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi illik ifadədə 100% artaraq 2 milyard 898 milyon dollara çatıb. Bunun 1 milyard 939 milyon dollarını idxal, 914,8 milyon dollarını isə ixrac təşkil edib.

Mənbə – APA