Yaponiyada kişilərin 86%-i atalıq məzuniyyətindən istifadə etməkdən qorxur

Aşağı doğum nisbətini qaldırmaq istəyən Yaponiya hökuməti atalıq məzuniyyətini ehtiva edən yeni bir paket elan etdi.

İndex.az xəbər verir ki, yeni paket 4 həftəlik atalıq məzuniyyətində olan kişi işçilərin nisbətini 2025-ci ilə qədər 50 faizə, 2030-cu ilə qədər isə 85 faizə çatdırmağı hədəfləyir.

Yaponiyada 2021-ci ildə qüvvəyə minən qanunla bütün kişilərə 4 həftə atalıq məzuniyyəti verilirdi, lakin hazırda ölkədə bu məzuniyyətdən istifadə edənlərin nisbəti yüzdə 14-dür.

Gənc işçiləri təmsil edən POSSE həmkarlar ittifaqından Makoto İvahaşi dedi ki, plan yaxşı niyyətli olsa da, bir çox yapon işçisi işəgötürənlərinin reaksiyasından qorxduqları üçün atalıq məzuniyyətindən istifadə etməkdən qorxurlar.

Çünki, bir çox insan atalıq məzuniyyətinin işdə yüksəlməyə maneə ola biləcəyini düşünürlər.

Tokiodakı Meiji Universitetinin iqtisadiyyat professoru Hisakazu Kato, böyük şirkətlərin məzuniyyəti daha çox qəbul etdiyini xatırladaraq, “Kiçik şirkətlər məzuniyyət səbəbiylə işçi qüvvəsinin olmamasından qorxur. Bu, gənc atalara təzyiq edir” – deyib.