İlon Mask “Starlink Azerbaijan”ın rəhbərinə yeni vəzifə verib

ABŞ-ın “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Mask Cənubi Koreyada yeni şirkət təsis edib.

İndex.az xəbər verir ki, “Starlink Korea” şirkəti martın 8-də qeydiyyatdan keçib.

Yeni kommersiya qurumuna “SpaceX”ın biznes əməliyyatları üzrə baş direktoru Lauren Ashley Dreyer rəhbərlik edəcək. O, həm də ötən il Azərbaycanda yaradılmış “Starlink Azerbaijan”ın qanuni təmsilçisidir.