Siqareti tərgitməyi asanlaşdıran qidalar – SİYAHI

Nikotin asılılığı aradan qaldırılması ən çətin asılılıqlardan biridir. Onun farmakoloji və davranış təsirləri eroin və kokainə bənzəyir, stimullaşdırıcı və depressiv təsirlərə malikdir. Bu səbəbdən stresli olduğumuz və ya pis hiss etdiyimiz zaman birbaşa siqaretə qaçmaq kimi bir refleks nümayiş etdiririk.

Nikotin orqanizmin ehtiyac duyduğu bir maddədir və siqaret çəkməyənlər artıq bu maddəni bədənlərində istehsal edirlər. Siqaretdən alınan nikotinin orqanizmdə həddindən artıq olması səbəbindən orqanizmin nikotin istehsal edən kanalları bir müddət sonra bağlanır və xaricdən alınan nikotinə tamamilə ehtiyac duyur. Əslində siqaret çəkənlər bioloji nikotin xəstələrinə çevrilirlər. Bu səbəblə həkim nəzarəti altında tibbi dəstəyə ehtiyac var.

Siqaretin 1 dalında 0,8 mq nikotin var. Bu o deməkdir ki, 1 qutu siqaret çəkən insan gündə 16 mq nikotin qəbul edir.

Gəlin, siqareti tərgitmə prosesində nikotin tərkibli qidalara nəzər salaq:

1. Çay

Qara çaylarda 100 ng/q olduğu halda, hazır çaylarda bu nisbət 285 ng/q-a qədər yüksəlir.

2. Badımcan

Tərkibində 100 ng/q nikotin olan 8 kiloqram badımcan 1 qutu siqaretdən aldığımız nikotinə bərabərdir.

3. Kartof

Tərkibində digərlərindən daha az nikotin olan kartofda 15 ng/q nikotin var. Kartof yetişdikcə nikotinin miqdarı azalır. Yaşıl və cücərmiş kartofda nikotinin miqdarı 3 dəfəyə qədər artır və onun çox hissəsi qabığında olur.

4. Gül kələm

Tərkibində 16 ng/q nikotin var.

5. Pomidor

Tərkibində 7 ng/q nikotin olan pomidor yetişdikcə nikotinin miqdarı azalır.

6. Saqqız

Normalda nikotinsiz saqqız siqareti ağzında saxlamağa öyrəşmiş insanlar üçün yaxşı əyləncədir, lakin apteklərdə 2 mq və 4 mq nikotin olan versiyalar da satılır.