Bu ölkədə analıq və atalıq məzuniyyəti bərabərləşdirildi

Finlandiya parlamenti atalar və analar üçün bərabər valideyn məzuniyyətini təsdiq edib.

Qanun hər bir valideynin 160 gün məzuniyyət alacağını nəzərdə tutur.

Həmçinin, hər bir valideyn bu müddətin 63 günədək olan hissəsini öz həyat yoldaşına ötürə bilər.

Yenilənmiş qanun 2022-ci ilin avqustunda qüvvəyə minəcək.