Fransada “TikTok”, “Instagram” və “Twitter” qadağan edildi

Fransa dövlət qurumlarının kibertəhlükəsizliyini təmin etmək üçün bəzi yeni tədbirlər görüb.

İndex.az xəbər verir ki, bu qərara əsasən, dövlət tərəfindən buraxılan smartfonlarda “TikTok”, “Twitter” və “Instagram” kimi “əyləncə” proqramlarından istifadə qadağan edilib.

Fransanın yeni qadağası “TikTok”un milli təhlükəsizliyə təhdid yaratdığı üçün əlaqəlidir. Əvvəllər ABŞ, Böyük Britaniya, Kanada və Tayvan kimi ölkələr də “TikTok”un istifadəsinə qadağa qoyub.

Fransanın qərarı olduqca maraqlıdır. Çünki, “TikTok”la yanaşı, “Instagram” və “Twitter”də də qadağa bəzi suallar doğurdu. Ancaq qeyd etmək lazımdır ki, qadağa yalnız dövlət tərəfindən buraxılan cihazlar üçündür.