Bankçılıqla bağlı narahatlıqlar Asiya səhmlərinə də təsir edir

Asiya-Sakit okean bazarları bank problemlərinin təsirini qiymətləndirməyə davam etdikləri üçün qarışıqdır.

İndex.az xəbər verir ki, investorlar ABŞ və Avropadakı bank problemlərinin təsirini qiymətləndirməyə davam etdikcə Asiya-Sakit Okean bazarları qarışmağa davam edir.

Belə ki, Avstraliyada S&P/ASX 200 0,23%, Yaponiyada “Nikkei 225” 0,31% “Topix” isə 0,39% bahalaşıb.

Honkonqda “Hang Seng” indeksi 1,6%, “Hang Seng Tech” indeksi isə 1,69% ucuzlaşaraq regionda itkilərə səbəb olub.

Cənubi Koreyanın “Kospi” və “Kosdaq” indeksləri müvafiq olaraq 0,38 və 0,43% ucuzlaşıb.

Çində “Şanxay Kompozit” indeksi 0,12% azalsa da, “Şenzen Kompozit” indeksi cüzi yüksəlib.