Çində sənaye şirkətlərinin gəlirləri kəskin azalıb

Çində sənaye sektorunun tam bərpa olunmamasına və qiymətlərin enmə tendensiyasına görə sənaye şirkətlərinin mənfəətlərində kəskin geriləmə müşahidə olunub.

İndex.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun məlumatına görə, Çində sənaye şirkətlərinin gəlirləri ilin ilk iki ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 22.9% xarici sənaye şirkətlərinin gəlirləri isə 35.7% azalıb.

Eyni dövrdə özəl sənaye şirkətlərinin mənfəəti 19,9% azalarkən, dövlət şirkətlərindəki azalma 17,5% təşkil edib.

Milli Statistika Bürosundan Sun Xiao məlumatların qiymətləndirilməsi zamanı bildirib ki, sənaye istehsalı bərpa olunmağa başlasa da, bazar tələbatı tam bərpa olunmayıb.

Çin iqtisadçısı Mişel Lam da bildirdi ki, bazarda tələbat hələ tam bərpa olunmadığından sənaye şirkətləri öz xərclərini qiymətlərdə əks etdirməyiblər.