“Silicon Valley Bank” bu qiymətə satıldı

ABŞ-da böyük böhrana səbəb olan “Silicon Valley Bank” (SVB) ilə bağlı yekun qərar açıqlanıb.

İndex.az xəbər verir ki, Federal Əmanətlərin Sığortalanması Korporasiyasının (FDIC) verdiyi açıqlamaya görə, “First Citizens Bank”, SVB qrupunun bütün əmanətlərini və kreditlərini təhvil almağa razılaşıb.

Martın 10-na olan məlumata görə, “Silicon Valley Bank”da təxminən 167 milyard dollar aktiv və 119 milyard dollar ümumi əmanət var.

Razılaşmaya 16,5 milyard dollar endirimlə 72 milyard dollarlıq aktivlərin alınması daxildir.

Təxminən 90 milyard dollarlıq qiymətli kağızlar və digər aktivlər FDIC-nin ləğvetmə bölməsində qalacaq.

FDIC bankdakı böhranın qurumun əmanətlərin sığortalanması fonduna təxminən 20 milyard dollara başa gələcəyini proqnozlaşdırır.