Yaponiyada inflyasiyaya qarşı 15 milyard dollar dəstək

Yaponiya hökuməti artan enerji və ərzaq xərcləri və Yapon yeninin valyuta qarşısında dəyər itirməsi nəticəsində yaranan inflyasiyaya qarşı mübarizə paketi hazırlayıb.

İndex.az xəbər verir ki, Yaponiya hökuməti ölkədə enerji və ərzaq xərclərinin artması nəticəsində yaranan inflyasiyaya qarşı ümumilikdə 2 trilyon yen (15 milyard dollar) maliyyə dəstəyi ayıracaq.

Hökumət antiinflyasiya paketində enerji ödənişlərinin azaldılmasını da hədəfləyir.

Dəstək çərçivəsində hər bir aztəminatlı ailəyə 30 000 yen (230 ABŞ dolları) və ailədə uşaq üçün 50 000 yen (380 ABŞ dolları) veriləcək.

Cari maliyyə ilini əhatə edən dövlət büdcəsində nəzərdə tutulan ehtiyat vəsaitlər aprel ayında keçiriləcək yerli seçkilər öncəsi elan edilmiş paketin maliyyələşdirilməsinə yönəldiləcək.

Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu açıqlamasında bildirib ki, Yaponiya hökuməti qiymətlərin dəyişkənliyinə dərhal reaksiya verməyə hazırdır.