MTN generalı həbsxanada vəfat etdi

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən bir neçə il əvvəl casusluqda ittiham olunaraq həbs edilən, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Zakir Əlibala oğlu İsmayılov həbsxanada vəfat edib.

Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şöbə rəisi Zakir İsmayılov 2018-ci ildə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilərək həbs edilib. Zakir İsmayılovla birgə onun həyat yoldaşı Nəzakət İsmayılova da tutulub.

Zakir İsmayılov məhkəmənin hökmü ilə 19 il azadlıqdan məhrum edilmişdi.

Mənbə – Qafqazinfo