“WhatsApp”da keyfiyyətini itirmədən fotoşəkili necə göndərmək olar?

“WhatsApp” tətbiqi ilə göndərdiyiniz media faylları müəyyən alqoritmlərlə keyfiyyəti aşağı salındıqdan sonra qarşı tərəfə ötürülür. “WhatsApp” vasitəsilə yüksək keyfiyyətli şəkillər göndərməyin 2 müxtəlif yolu var.

Ən çox istifadə edilən üsullardan biri, yüksək keyfiyyətli fotoşəkillər göndərərkən “sənəd kimi göndər” funksiyasından istifadə etməkdir. Bu üsulu “WhatsApp Web”, iOS və “Android” versiyalarında həyata keçirə bilərsiniz.

1.Şəkili göndərmək istədiyiniz şəxsin və ya qrupun mesaj pəncərəsini açın

2.Söhbət ekranındakı kağız klip simgesini basın

3.Görünən seçimlərdən “Sənəd”seçimini klikləməklə göndərmək istədiyiniz şəkli yüksək keyfiyyətlə göndərə bilərsiniz.

Yüksək keyfiyyətli fotoşəkilləri göndərməyin başqa bir üsulu onları sıxışdırmaqdır. Bu üsul, birdən çox fotoşəkil göndərdiyiniz zaman şəkilləri daha tez və asanlıqla yönləndirməyə imkan verəcək.

1.Fayl menecerini açın və göndərmək istədiyiniz fotoşəkilləri olan qovluğa daxil olun.

2.Sonra göndərmək istədiyiniz fotoşəkilləri seçin və onları zip fayllarına çevirin. (IOS istifadəçiləri bu üsul üçün əlavə proqramlardan istifadə etməli ola bilər.)

3..Zip faylını göndərmək istədiyiniz şəxsin və ya qrupun mesaj pəncərəsini açın.

4.Söhbət ekranında birinci üsulda qeyd etdiyimiz kağız klipi işarəsinə klikləyin.

5.Görünən seçimlərdən “Sənəd”i klikləməklə yaratdığınız Zip faylını seçin.

6.”Google Drive”, “Dropbox” və “Yandex Disk” kimi bulud saxlama platformalarından istifadə edərək, keyfiyyətini itirmədən fotoşəkilləri göndərə bilərsiniz.