Quindos: “Bankçılıqdakı qarışıqlıq faiz siyasətini kölgədə qoyur”

Avropa Mərkəzi Bankının (AMB) vitse-prezidenti Luis de Quindos bir sıra açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

İndex.az xəbər verir ki, AMB-nin vitse-prezidenti Luis de Quindos AMB-nin saytında “Business Post”a verdiyi msühibədə bildirib ki, bank sektoru çox yüksək qeyri-müəyyənlik dövründən keçir:

“İndi əsas məsələ ABŞ-ın bank sistemində və “Credit Suisse”də baş verən hadisələrin “Avro Bölgəsinin” iqtisadiyyatına necə təsir edəcəyidir. Önümüzdəki həftələr və aylarda bunların maliyyələşdirmə şərtlərinin əlavə sərtləşməsinə gətirib çıxarıb-çıxarmayacağını qiymətləndirməliyik. “Credit Suisse”nin enişindən sonra AMB-nin maliyyə sabitliyi baxımından narahatlığı artır. Avropada bank olmayan qurumların maliyyə sistemində payları artır və zaman keçdikcə həddindən artıq riskə gedirlər. Biz qeyri-bankların auditorları deyilik, lakin qeyri-banklar audit etdiyimiz ənənəvi banklarla bir-birinə bağlıdır. Ona görə də bu sənayeni də araşdırırıq. Hazırki durum 2008-ci ildəki maliyyə böhranından tamamilə fərqlidir. Çünki banklar minimum tələblərdən xeyli yüksək kapital və likvidlik mövqelərinə malikdilər”.