“Credit Suisse” böhranının səbəbkarı istefa edib

Səudiyyə Ərəbistanı Milli Bankının (SƏMB) sədri Əmmar Əl Xudairi tutduğu vəzifədən istefa verib.

İndex.az xəbər verir ki, açıqlamaları ilə “Credit Suisse”nin səhmlərində tarixi iflasa səbəb olan SƏMB-nın İdarə Heyətinin sədri Əmmar Əl Xudairi tutduğu vəzifədən istefa verib.

Xudairi martın 16-da verdiyi açıqlamada bundan sonra “Credit Suisse”ni dəstəkləməyəcəklərini bildirmişdi:

“İsveçrə Mərkəzi Bankının açıqlamalarına baxsaq, hər şey qaydasında olduğunu görərik. Düşünürəm ki, bank daha çox kapitala ehtiyac duymayacaq”.

Bu açıqlama ilə başlayan panik satışlar Avropada risk qavrayışının pik həddə çatmasına səbəb oldu.