Ronaldo: “Kimin əsl dost olduğunu anladım”

Dekabrda İngiltərə Premyer Liqa təmsilçisi “Mançester Yunayted”lə müqaviləsini ləğv edən Kristiano Ronaldo Səudiyyə Ərəbistanı komandası “Əl Nəsr”ə transfer olunub.

İndex.az xəbər verir ki, Millinin düşərgəsində portuqaliyalı ulduzdan təəccüblü etiraf gəlib:

“Həyatımızda hər şeyi tarazlamalıyıq. Ailəmlə birlikdə çox düşündüm. Çətinliklərə baxmayaraq, uğur qazana biləcəyimiz qənaətinə gəldik. Buraya qayıtdığım üçün xoşbəxtəm. Həmişə oynamaq istəmişəm. Anladım ki, milli komandaya verəcək çox şey var. Məqsədim Portuqaliyanı ən yüksək səviyyəyə çatdırmaqdır”.

Ronaldo çətin günlərindən danışaraq bunları deyib: “Mançester Yunayted? Dağın zirvəsində olanda adətən aşağıdakıları görmürük. Karyeramda pis vaxtlar keçirmişəm, bunu qəbul etməkdə heç bir problemim yoxdur. Amma həyat davam edir. Məhz o çətin anda kimin əsl dost olduğunu anladım”.