“Memar Əcəmi”də sərnişin qatar yoluna düşdü

Metronun “Memar Əcəmi” stansiyasında bir kişi sərnişin stansiya yoluna düşüb.

İndex.az bu barədə “Bakı Metropoliteni” QSC-yə istinadən xəbər verir.

Bildirilib ki, stansiyaya daxil olan qatarın maşinisti dərhal reaksiya verərək, qatarı saxlayıb: “Lakin stansiya yolunda olan sərnişinin ayağı zədələnib. Dərhal aidiyyəti üzrə tədbirlər görülüb, sərnişin qaydalara müvafiq olaraq stansiya yolundan çıxarılıb. İlkin yardım göstərilib, təcili tibbi yardım çağırılıb”.

Məlumatda qeyd edilib ki, aidiyyəti üzrə araşdırma aparılır və digər tədbirlər görülür: “Nəticədə “Yaşıl xətt” üzrə intervaldan əlavə 10 dəqiqə yubanma yaranıb.