Bu il ölkəyə xaricdən 16,7 milyon dollarlıq mebel gətirilib

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 16,66 milyon ABŞ dolları dəyərində mebel və onun hissələrini idxal edilib.

Bu barədə İndex.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,38 milyon ABŞ dolları və yaxud 16,7 % çoxdur.

Hesabat dövründə mebel və onun ehtiyat hissələrinin idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,6 %-ni təşkil edib.