ASCO-nun gəmisi Türkmənistanın neft yatağında boru düzəcək

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Süleyman Vəzirov” borudüzən gəmisi  Xəzər dənizinin Türkmənistan sektorunda yerləşən “LAM and ZHDANOV” neft yatağındakı borudüzmə işlərinə cəlb olunub.

İndex.az ASCO-ya istinadən xəbər verir ki, gəmi ilə dörd düyümlük qaz boru xəttinin “Lam-B” platformasından “Lam-C” platformasına və “Lam-B” platformasından “Lam-28” platformasınadək çəkilməsi həyata keçiriləcək. Ümumilikdə xəttin uzunluğu 5 kilometrdir.

Borudüzən gəmini təyinat nöqtəsinə Xəzər Dəniz Neft Donanmasının “Lyutoqa” və “Om” yedək gəmiləri çatdırıblar.