Yaponiyada inflyasiya yavaşlayır

Yaponiyada istehlak qiymətləri fevral ayının nəticələrinə görə bir ay əvvəl, yanvarla müqayisədə 4,3% artdıqdan sonra illik müqayisədə 3,3% çoxalıb.

İndex.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər və Rabitə Nazirliyinin statistika agentliyindən verilən açıqlamada deyilir.

Fevralda inflyasiya yanvarda 0,5% artdıqdan sonra 0,6% azalıb.

Ölkədə tez xarab olan ərzaq məhsullarının maya dəyəri nəzərə alınmayan baza istehlak qiymətləri bir ay əvvəl 4,2% artdıqdan sonra fevralda 3,1% bahalaşıb. Bu da DailyFX portalı tərəfindən sorğu edilən analitiklərin proqnozu ilə üst-üstə düşüb.