Ərdoğan: “Artıq 80 min ədəd TOGG sifariş olunub”

Bu günədək Türkiyənin TOGG elektrik avtomobilindən indiyədək 80 min ədəd sifariş olunub.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Bu zavoda indiyədək verilən sifariş 80 mindir. Sifarişlər çoxdur. İlk 24 saat ərzində 22 min 150 sifariş verilib. 2012-ci ildən ölkəmizdə satılan elektromobillərin sayı 14 min 780-dir. TOGG cəmi 6 gün ərzində ölkəmizdə satılan elektromobillərin sayından 5 dəfə çoxuna nail olub. TOGG-nin istehsal hədəfi 2030-cu ilə qədər 1 milyon ədəddir”,- TOGG haqqında danışan Ərdoğan bildirib.