Xaricə pomidor ixracımız azalıb

2023-cü ilin ilk 2 ayında (yanvar-fevral) Azərbaycandan 19 milyon 91 min dollar dəyərində 15 min 498 ton pomidor ixrac edilib.

Dövlət Gömrük Komitəsinə istinadən xəbər veririk ki, ötən ilin eyni dövrü ilə müqayisədə pomidor ixracı dəyər ifadəsilə 5 milyon 426 min dollar və ya 22,1%, miqdar ifadəsilə 4 min 887 ton və ya 24% azalıb.

2022-ci ilin ilk 2 ayında (yanvar-fevral) Azərbaycandan 24 milyon 517 min dollar dəyərində 20 min 385 ton pomidor ixrac edilmişdi.