Dünya bazarında neft ucuzlaşıb

Dünya bazarında neft qiymətləri azalıb.

Belə ki, WTI markalı neftin may füçersləri 1,04% ucuzlaşaraq, bir barelin qiyməti 70,16 ABŞ dolları olub.

“Brent” markalı neftin may füçersləri 0,82% ucuzlaşaraq, bir barelin qiyməti 76,06 ABŞ dolları təşkil edib.