Sankt-Peterburqdan Azərbaycana 3 aviaşirkət ucuşlar həyata keçirəcək

Bu ilin yay aylarından Rusiyanın Sankt-Peterburq şəhərindən Azərbaycanın Bakı və Gəncə şəhərlərinə aviareyslər artıq 3 şirkət – “Azərbaycan Hava Yolları” QSC, “Rossiya” və “Utair” tərəfindən həyata keçiriləcək.

İndex.az Rusiya mətbuata istinadən xəbər verir ki, bu barədə “Pulkovo” hava limanı məlumat yayıb. Uçuşlar hər iki istiqamətində həyata keçiriləcək. Bununla da aviareyslərin sayı həftədə 12-ə çatacaq.

AZAL və “Rossiya” aviaşirkəti birbaşa uçuşlara martdan start verir. Belə ki, martın 19-dan “Azərbaycan Hava Yolları” Sankt-Peterburqdan Gəncəyə həftədə bir dəfə, bazar günləri, aviareyslər həyata keçirəcək. Sankt-Peterburqdan Bakıya isə uçuşları “Rossiya” aviaşirkəti həftədə iki dəfə, çərşənbə axşamı və cümə günləri həyata keçirəcək.