Əhalimizin sayı açıqlandı

2019-cu ildə keçirilən əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı bu il fevralın 1-nə 10 131 373 nəfər təşkil edib.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, əhalinin 54,6%-ni şəhər, 45,4%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir.