Dövlət büdcəmizin qalığı 14% artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 5 milyard 877,6 milyon manat, xərcləri isə 3 milyard 660,4 milyon manat təşkil edib.

Index.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 27,1% və 36,3% çoxdur.

Son nəticədə büdcədə 2 milyard 217,2 milyon manat qalıq yaranıb ki, bu da 1 il əvvələ nisbətən 14,2% çoxdur.